"Qarabağ"ın futbolçusu millidən ayrıldı

"Qarabağ"ın futbolçusu millidən ayrıldı
  04 Oktyabr 2017    Oxunub:1342
Azərbaycan yığmasının və "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedev millinin Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçlarını buraxacaq.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Maksim Medvedev zədəli olduğü üçün heyətdən çıxarılıb.

O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 5-də Bakıda Çexiya ilə, oktyabrın 8-də isə səfərdə Almaniya ilə qarşılaşacaq.

AzVision.az


Teqlər: Futbol   Yığma  





Xəbər lenti