Gəncədə “Qadın liderliyi” adlı təlim keçirilib

Gəncədə “Qadın liderliyi” adlı təlim keçirilib
  04 Oktyabr 2017    Oxunub:2513
YAP Gəncə şəhər Təşkilatının, Təşkilatın Qadınlar Şurasının dəstəyi, Gəncə Təlim və Resurs Mərkəzinin təşkilatçılığı ilə “Qadın liderliyi” adlı təlim keçirilib.
AzVision.az xəbər verir ki, peşəkar təlimçi Günay Zeynalova tərəfindən keçirilən təlimdə Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə və Gəncənin ali məktəblərində təhsil alan gənc xanımlar iştirak ediblər. Öncə çıxış edən Pərvin Kərimzadə bildirib ki, Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Millət vəkili gənc xanımlara ölkəmizdə qadınlara yaradılan şəraitdən yararlanaraq daha da fəal olmağı tövsiyə edib, onlara uğurlar arzulayıb.

Təlimdə Günay Zeynalova “Qadın liderliyi” mövzusunda geniş məlumat verib, qadınların səlahiyyətləndirilməsi, liderlik bacarıqlarının üzə çıxarılması, müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artılması istiqamətində görülən işlərdən danışıb. Maraqlı müzakirələr ilə davam edən təlim zamanı suallar cavablandırılıb, gənc xanımlar arasında kiçik expermentlər aparılıb.

AzVision.az






Teqlər: Gəncə  





Xəbər lenti