Radikalların 7 oktyabr mitinqi təxirə salına bilər

Radikalların 7 oktyabr mitinqi təxirə salına bilər
  04 Oktyabr 2017    Oxunub:6590
Milli Şuranın 7 oktyabr tarixinə təyin etdiyi mitinq təxirə salına bilər.

AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müxalif fəallar arasında müzakirələr aparırlar.
Gizli quruplarda aparılan müzakirələrdə havaların yağışlı olması səbəbindən mitinqə az adamın gələcəyi bildirilib. Təklif olunub ki, üç-beş nəfərlə "Məhsul" stadionuna yığışıb biabır olmaqdansa, 7 oktyabr mitinqi təxirə salınsın.



AzVision.az məsələ ilə bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevdan münasibət öyrənməyə çalışıb. E.Quliyev mitinqin təxirə salınması barədə müzakirələrdən xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqlə bağlı müraciətə hələki cavab verməyib.





Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Şura   Mitinq  





Xəbər lenti