“Ermənistan ordusu 30-40 ilin silahlarından istifadə edir” - Hərbi ekspert
Bu barədə AzVision.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Hərbi ekspert bildirib ki, Ermənistanın müdafiə nazirinin hesabatı cəmiyyətə şişirdirilmiş formada çatdırılıb:
Ş.Ramaldanovun sözlərinə görə, Ermənistanın bugünkü iqtisadi durumu yeni silahlar almağa imkan vermir.
“Ermənistanda hərbi sənayenin inkişafı ilə bağlı verilən məlumatlar həqiqətdən uzaqdır. Azərbaycanın iqtisadi gücü, Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılması hər kəsə bəllidir. Statistik məlumatlarda da bu məsələ öz əksini tapıb. Azərbaycan 50 pillə Ermənistandan öndədir. Onların silahlandırma ilə bağlı səsləndirdikləri fikirlərin hamısı şişirdilib. Ermənistanın silahları Azərbaycan Ordusunun sahib olduğu müasir silahlarla müqayisə oluna bilməz. Bir-iki dəfə “İskəndər” raketləri ilə bağlı səs-küy çıxardılar. Daha sonra aydın oldu ki, həmin silahlar Ermənistana məxsus deyil”.
Hərbi ekspert vurğulayıb ki, Ermənistan Qarabağ işğaldan azad olunacağı təqdirdə inkişaf yolunu tuta bilər: “Əks təqdirdə Ermənistanı faciə gözləyir. Nəticədə işğalçı qüvvələr Azərbaycan Ordusu tərəfindən darmadağın ediləcək və Qarabağ Azərbaycana qaytarılacaq”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Ermənistan Ramaldanov