“Aİ Azərbaycanla əlaqələrə böyük önəm verir” - Valter Stivens
Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr 2009-cu ildən Şərq Tərəfdaşlığı Proqramı əsasında dinamik inkişaf edib. Əlaqələrin bundan sonrakı inkişafında Avropa İttifaqı ilə imzalanacaq yeni sazişin mühüm rolu olacaq. Azərbaycan bu sazişin imzalanması üçün əlindən gələni edir.
Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens Azərbaycanın dini tolerantlığa rəvac verən bir ölkə olduğunu qeyd edib. Avropa İttifaqının Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini deyən qonaq əlaqələrin inkişafını yüksək qiymətləndirib. O deyib ki, Avropa İttifaqı və onun qurumları Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Noyabr ayında Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti baş tutacaq. Lakin bundan daha vacib məsələ ondan ibarətdir ki, biz Avropa İttifaqı olaraq Şərq tərəfdaşlarına verdiyimiz önəmi bir daha vurğulamaq istəyirik.
Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması ilə bağlı müvafiq danışıqlar davam edir. Ümidvarıq ki, danışıqlar tezliklə və uğurla başa çatacaq. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Teqlər: Milli-Məclis Avropa-İttifaqı