DİN cinayət törədən 14 nəfəri həbs edib

DİN cinayət törədən 14 nəfəri həbs edib
  05 Oktyabr 2017    Oxunub:1126
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Cinayət   Polis   Həbs  





Xəbər lenti