“Ermənistana sanksiyalar tətbiq edilsəydi, münaqişə çoxdan həll olunardı” - Prezident

“Ermənistana sanksiyalar tətbiq edilsəydi, münaqişə çoxdan həll olunardı” - Prezident
  05 Oktyabr 2017    Oxunub:5179
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə daimi təhlükədir. Düşünürəm ki, qarşıdakı ayda Minsk qrupunun əsas fəaliyyət sahəsi, - yəqin ki, onların regiona səfər etməyi planlaşdırdığını bilirsiniz, - beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərmək olmalıdır. Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır.
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qarabağ  





Xəbər lenti