Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib
  05 Oktyabr 2017    Oxunub:1786
Təhsil naziri Mikayıl Cabbarov müəllimləri təbrik edib.
AzVision.az xəbər verir ki, nazirin təbrikində deyilir:

"Əziz müəllimlər!

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirəm!

Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir.

Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır.

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayıram!".

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti