Dövlət qulluğuna sınaq imtahanı keçirilir

Dövlət qulluğuna sınaq imtahanı keçirilir
  05 Oktyabr 2017    Oxunub:4171
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirilir.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb, 3 saat müddətində aparılacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər. İmtahanların gedişini internet vasitəsilə izləmək mümkündür.

AzVision.az


Teqlər: DİM   imtahan  





Xəbər lenti