Vasif Talıbov onları mükafatlandırdı

Vasif Talıbov onları mükafatlandırdı
  05 Oktyabr 2017    Oxunub:2612
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ədliyyə sahəsində çalışan bir qrup şəxsin “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Naxçıvan MR-nın ədliyyə orqanlarında səmərəli fəaliyyətlərinə görə, Allahyarov Elnur İmamverdi oğlu, Əliyev Qoşqar Qurban oğlu, Əsgərov Ramin Ağaverdi oğlu, Məmmədov Səfər Məhərrəm oğlu, Mirzəyev Təhmin Hüseyn oğlu və Rüstəmov Şirin Vahid oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

AzVision.az


Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti