Milli Şuranın 7 oktyabr mitinqinə icazə verildi

Milli Şuranın 7 oktyabr mitinqinə icazə verildi
  05 Oktyabr 2017    Oxunub:4048
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 7-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.
Mitinqin Təşkilat Komitəsinin üzvü Vahid Məhərrəmov AzVision.az-a bildirib ki, meriya mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura sentyabrın 7-də saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirmək haqqında qərar verib və mitinqə icazə verilməsi üçün BŞİH-ə müraciət edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Şura   Mitinq  





Xəbər lenti