Lerikdə iri qaya parçaları yola düşüb

Lerikdə iri qaya parçaları yola düşüb
  05 Oktyabr 2017    Oxunub:2193
Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb.
"Azəravtoyol" ASC- dən AzVision.az-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb.

“Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hazırda yol nəzarət altında saxlanılır”, - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: Lerik   Azəravtoyol  





Xəbər lenti