Lahıca qaz xətti çəkiləcək - Prezident pul ayırdı

Lahıca qaz xətti çəkiləcək - Prezident pul ayırdı
  05 Oktyabr 2017    Oxunub:3632
Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 3,5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılmasını təmin etmək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Lahıc  





Xəbər lenti