“CinemaPlus”da Film Festivalının açılışı olub – Fotolar

“CinemaPlus”da Film Festivalının açılışı olub – Fotolar
  07 Oktyabr 2017    Oxunub:4526
“CinemaPlus” premium kinoteatrlarında,ABŞ Səfirliyi ilə əməkdaşlıqda, eləcə də dublyaj redaksiyası Cinemazadeh, Desperado Music School, The US-educated Alumni association (AAA), American Film Showcase, Özsüt və Hard Rock Cafe-nin dəstəyi ilə Oktyabrın 1-dən 3-dək Bakıda 4-cü Azərbaycan Gənclərinin Film Festivalı film keçirildi.
Bu barədə “CinemaPlus”-dan AzVision.az-a daxil olan məlumatda bildirilir.

Festivalda Azərbaycan iştirakçılarının filmləri, eləcə də Avropa və ABŞ filmləri nümayiş olundu. Bununla yanaşı xüsusi film təqdimatları, xarici rejissorlarla sual-cavab sessiyası təqdim olundu. Festivalın “Öz hekayəni paylaş” mövzusu əsasında Azərbaycanlı iştirakçılar tərəfindən göndərilən 40-dan çox film nümayiş olundu. Filmlərin sırasında Bakıdan və həmçinin regionlardan göndərilən filmlər var idi.

Festivalın açılışı “CinemaPlus Gənclik Mall” kinoteatrında furşet və “Ahmedowsky Trio” qrupunun canlı musiqi ifası ilə baş tutdu.

Festivalın təsisçisi və təşkilatçısı Michael Raybourne, ABŞ Səfirliyindən Fərqani Əliyev, rejissor Samir Kərimoğlu və xüsusi qonaq Pablo Mahave öz qısa çıxışları ilə festivalın açılışını elan etdilər. ABŞ rejissorları tərəfindən çəkilmiş qaçqın və məcburi köçkünlər haqqında “Salam Neighbour” adlı sənədli film və məcburi köçkün olan rejissor Fridoon Joindanın filmləri nümayiş olundu. İlk günün yekunu olaraq Fridoon Joinda ilə canlı video bağlantı vasitəsi ilə suallar cavablandırıldı.

Festivalın ikinci günü “CinemaPlus Azərbaycan”kinoteatrında Azərbaycanın gənc rejissorlarından və iştirakçılarından 40-a yaxın film nümayiş olundu. Ardınca Gürcüstandan olan 2 qısametrajlı film və nümayiş olunan filmlərdən birinin rejissoru Tamta Gabrichidze auditoriyanın suallarına cavab verdi və öz təcrübəsini paylaşdı. Eləcə də Pablo Mahave Virtual Reallığın Sənədli filmlərdə istifadəsi ilə bağlı təqdimat etdi və qonaqların suallarına cavab verdi.

Festivalın axırıncı günü “CinemaPlus Gənclik Mall” kinoteatrında qalib gələn filmlər nümayiş olundu və mükafatlandırma mərasimi keçirildi. Festivalda iştirak edən bütün iştirakçılar da sertifikatla təmin olundu. 1,2 və 3-cü yerlərə isə hədiyyələr təqdim olundu. “CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktor müavini və “Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə qalibləri mükafatlandırdı. Festival bitəndən sonra iştirakçılar üçün Hard Rock Cafe-də qapalı afterparty keçirildi.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər: Festival  





Xəbər lenti