Məmmədyarov Gürcüstana səfər edəcək

Məmmədyarov Gürcüstana səfər edəcək
  07 Oktyabr 2017    Oxunub:1434
Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tiflis şəhərində keçiriləcək GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Gürcüstana işgüzar səfər edəcək.
Xarici İşlər Nazirliyindən AzVision.az-a bildirilib ki, GUAM ölkələrinin Xarixi İşlər Nazirləri Şurasının iclasında Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti