Sumqayıtda top mərmisi aşkarlanıb

Sumqayıtda top mərmisi aşkarlanıb
  08 Oktyabr 2017    Oxunub:1164
Sumqayıtda aşkarlanan top mərmisi ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, oktyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində top mərmisinin olması barədə məlumat daxil olub. Həmin əraziyə dərhal xüsusi mobil çevik əməliyyat qrupu göndərilib.

Agentliyin mütəxəssisləri Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-nin metal əritmə zavodunun ərazisinə baxış keçiriblər. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində bir ədəd 122 mm-lik top mərmisi (OF-462) aşkarlanıb. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat oktyabrın 7-də davam etdirilib. Daşınması mümkün olduğundan mərmi Agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Bundan əlavə, həmin yerdə 2500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, digər təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzVision.az


Teqlər: ANAMA   Sumqayıt  





Xəbər lenti