Əliyev-Sarkisyan görüşünün vaxtı və yeri gələn həftə açıqlanacaq

Əliyev-Sarkisyan görüşünün vaxtı və yeri gələn həftə açıqlanacaq
  08 Oktyabr 2017    Oxunub:1830
"Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda gözlənilən görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik".

AzVision.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Minsk qrupunun həmsədrləri ilə məhsuldar görüşümüz oldu. Hər halda bunu belə qiymətləndirmək olar. Biz yaxın günlərdə, çox güman ki, gələn həftə prezidentlərin görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik", - deyə Məmmədyarov söyləyib.

AzVision.az


Teqlər: Məmmədyarov   XİN  





Xəbər lenti