Konfrans iştirakçıları Fəxri və Şəhidlər xiyabanında - FOTOLAR

Konfrans iştirakçıları Fəxri və Şəhidlər xiyabanında - FOTOLAR
  09 Oktyabr 2017    Oxunub:1483
Bakıda keçirilən kibercinayətkarlıq mövzusunda regional konfransın iştirakçıları oktyabrın 9-da Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.



Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.




AzVision.az


Teqlər: Kamran-Əliyev   Korrupsiya  





Xəbər lenti