Mogerininin müavini Bakıya gəlir - Prezidentlə görüşəcək

Mogerininin müavini Bakıya gəlir - Prezidentlə görüşəcək
  09 Oktyabr 2017    Oxunub:2162
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin müavini Jan Kristof Bellard bu gün Azərbaycana səfər edəcək.
Bunu AzVision.az-a açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.

Məlumata əsasən Bellardın səfəri iki gün çəkəcək. Səfər zamanı onun prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşü gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti