Polad Bülbüloğlu üçün kritik seçki başlayır

Polad Bülbüloğlu üçün kritik seçki başlayır
  09 Oktyabr 2017    Oxunub:2406
Bu gün UNESCO-nun baş direktoru vəzifəsinə seçki başlayır.

AzVision.az UNESCO-nun rəsmi saytına istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin oktyabrın 4-18-də keçiriləcək 202-ci sessiyası çərçivəsində oktyabrın 9-da plenar iclasın sonunda ilkin gizli səsvermə keçiriləcək.
İlkin mərhələdə namizədlərdən heç kim səs çoxluğu əldə etməsə, onda növbəti mərhələ başlayacaq.

Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Onun vəzifəsi daha 4 il uzadıla bilər.

UNESCO-nun baş direktoru vəzifəsinə 9 namizəd var. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanh Çau, Misirdən Mouşira Xattab, Qətərdən Hamad bin Əbdüləziz Əl-Kavari, Çindən Qian Tang, Qvatameladan Xuan Alfonso Fuentes Soria, İraqdan Saleh Əl-Həsnəvi, Livandan Vera Əl-Xouri Lacoeuilhe və Fransadan Odri Azulay namizədlər sırasındadır.

Rusiyanın xarici işlər nazirinin müavini Qennadiy Qatilov jurnalistlərə açıqlamasında bildirmişdi ki, rəsmi Moskva Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş katibi postuna namizədliyini dəstəkləyir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: UNESCO   Polad-Bülbüloğlu  





Xəbər lenti