Zümrüd Yağmur həbsdə olan həyat yoldaşından imtina edib? – FOTO

  09 Oktyabr 2017    Oxunub : 50084
Zümrüd Yağmur həbsdə olan həyat yoldaşından imtina edib? – FOTO
Milli Şuranın ötən həftə keçirilən mitinqində AXCP sədrinin müavini, hazırda Nardaran hadisələrinə görə həbsdə olan Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmurun çıxışı maraqlı bir detal ilə yadda qadıb.
Bu detal həm onun çıxışı, həm də yaxasına taxdığı şəkil ilə bağlıdır. Belə ki, məntiqlə onun yaxasına taxdığı vərəqədə öz həyat yoldaşı, radikal müxalifətin “vicdan məhbusu” saydığı Fuad Qəhrəmanlının şəkli olmalı idi. Amma Zümrüd Yağmurun yaxasındakı vərəqədə Taleh Bağırzadənin şəkli və “Taleh Bağırzadəyə azadlıq” şüarı yazılmışdı.

Hazırda həbsdə olan Fuad Qəhrəmanlını ən şiddətli müdafiə edən şəxsin onun ailə üzvü, həyat yoldaşı olması normal qarşılanardı. Biz belə halların şahidi olmuşuq: haqlı-haqsız olmasının fərqi yoxdur, xanımlar həbsdə olan ərlərini müdafiə edir və onların azadlığa buraxılması üçün təbliğat aparırlar. Zümrüd Yağmurun əlinə isə yaxşı imkan da düşmüşdü – mitinqin tribunası.



Amma o, mitinqdəki çıxışında 10 illik həbs cəzası alımış həyat yoldaşının heç adını da çəkməyib. Qiyas İbrahimli, İlkin Rüstəmzadə, Abbas Hüseyn kimi adları xatırlayıb, Taleh Bağırzadənin üzərində isə xüsusi dayanıb: “...Mən üzümü dindarlara tutub, demək istəyirəm: 5 dəfə Allahın hüzurunda dayanmaqla Taleh Bağırzadənin – o adamın ki, bu gün Qobustan həbsxanasında dörd divar arasında sizin azadlığınız, hicab azadlığı üçün zindandadır,- onun haqqını vermək üçün susacaqsınızmı?”

Fuad Qəhrəmanlı isə bir cümlə ilə də olsa, yada salınmayıb.

Maraqlıdır, niyə? Hansı səbəbdən Zümrüd Yağmur öz həyat yoldaşının adını çəkməyib, yaxasına taxdığı vərəqədə isə ərinin yox, Taleh Bağırzadənin şəkli olub? Yoxsa ərinin həbsini haqlı hesab edir?

AzVision.az

Teqlər: #Fuad-Qəhrəmanlı   #Zümrüd-Yağmur   #Mitinq   #Milli-Şura   #AXCP