Hərbi Dəniz Qüvvələrində təlim kursu keçirilir

Hərbi Dəniz Qüvvələrində təlim kursu keçirilir
  09 Oktyabr 2017    Oxunub:1605
Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında imzalanan illik hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında təlim kursu başlayıb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Böyük Britaniyanın Kral Hərbi Donanması tərəfindən təşkil olunan “Dəniz təhlükəsizliyinin planlaşdırılması kurs”unda təlimatçı qismində iştirak etmək məqsədilə britaniyalı hərbi dənizçilərdən ibarət heyət Azərbaycana gəlib.

Oktyabrın 9-da kursun açılış mərasimində Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Bakıdakı səfiri Kerol Meri Krofts iştirak ediblər. Kurs oktyabrın 13-dək davam edəcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti