Polad Bülbüloğlu I turda UNESCO-nun rəhbəri seçilə bilmədi

Polad Bülbüloğlu I turda UNESCO-nun rəhbəri seçilə bilmədi
  10 Oktyabr 2017    Oxunub:4240
UNESCO-nun baş direktoru vəzifəsinə səsvermənin birinci turu keçirilib.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İcraiyyə Şurası birinci turda təşkilatın yeni baş direktorunu seçə bilməyib.
Namizədliyi irəli sürülən şəxslərdən heç biri birinci mərhələdə lazımi dəstəyi ala bilməyib. Seçkilərin ikinci turu sabah keçiriləcək.

Yeni rəhbərin adı oktyabrın 13-dək açıqlanacaq. Qələbə qazanan namizəd UNESKO-nun baş direktoru vəzifəsinə bu təşkilatın baş konfransının 33-cü sessiyasında təsdiqlənəcək.

Qeyd edək ki, baş direktor postuna yeddi ölkədən, o cümlədən Azərbaycandan Polad Bülbüloğlu, Vyetnamdan Fam Sanq Çau, Misirdən Muşira Xəttab, Qətərdən Həməd bin Əbdüləziz əl-Kavari, Çindən Kian Tan, Livandan Vera Əl-Huri Lakoyeuile və Fransadan Odri Azuleyin namizədliyi irəli sürülüb.

AzVision.az


Teqlər: UNESCO  





Xəbər lenti