650 tələbə dövlət hesabına xaricdə təhsil alır

650 tələbə dövlət hesabına xaricdə təhsil alır
  10 Oktyabr 2017    Oxunub:2721
“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”üzrə 650 tələbə təhsilini davam etdirir”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov ötən gün Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və vətəndaşlarımıza xaricə getmədən aparıcı universitetlərin standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı yaradan Azərbaycan-Fransız Universitetinin (UFAZ) sentyabrın 15-də bərpa işlərindən sonra tədris binasının açılışı olub. Artıq 2 xarici tələbə öz vəsaiti hesabına burada təhsil alır:

“Yerli ali təhsil müəssisələrinin akademik potensialının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi məhz yuxarıdakı prinsiplər əsasında hazırlanıb. Öncəki “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ndan fərqli olaraq yeni Proqramda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın aparıcı universitetlərində tədrisə cəlb olunması, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Mikayıl-Cabbarov  





Xəbər lenti