Zakir Həsənovun Belarusun Hərbi Akademiyasında

Zakir Həsənovun Belarusun Hərbi Akademiyasında
  10 Oktyabr 2017    Oxunub:2135
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Hərbi Akademiyasında olub.
Bu barədə AzVision.az-a Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müdafiə nazirinə akademiyanın strukturu, fəaliyyəti və əsas tapşırıqları barədə brifinq təqdim edilib. Hərbi təhsil müəssisəsinin əməliyyat-taktiki və strateji səviyyəli müxtəlif fakültələri ilə tanış olan nümayəndə heyətinə silah, hərbi texnika və digər döyüş vasitələri nümayiş etdirilərək onların təyinatı və tətbiq edilməsi imkanları barədə ətraflı məlumat verilib.







AzVision.az


Teqlər: Zakir-Həsənov   Belarus  





Xəbər lenti