Aslan Aslanov “Kazinform”a müsahibə verib

Aslan Aslanov “Kazinform”a müsahibə verib
  10 Oktyabr 2017    Oxunub:1467
Azərbaycan ilə Qazaxıstanın əməkdaşlığı son vaxtlar daha dinamik xarakter alıb və bu, iki ölkənin informasiya agentlikləri arasında əlaqələrin genişlənməsinə də müsbət təsir göstərir.
Bunu Qazaxıstan Beynəlxalq İnformasiya Agentliyinə (“Kazinform”) müsahibəsində AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov deyib. Müsahibədə AZƏRTAC-ın xarici informasiya agentlikləri ilə həm ikitərəfli qaydada, həm də beynəlxalq alyanslar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələri qurduğu, indiyədək 45 ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzaladığı vurğulanıb.

“Kazinform”un müxbirinin suallarını cavablandıran Baş direktor ötən ilin noyabrında Bakıda eyni vaxtda iki böyük tədbirin - Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının keçirildiyini, AZƏRTAC-ın hazırda hər iki quruma sədrlik etdiyini diqqətə çatdırıb.

Aslan Aslanov AZƏRTAC-ın fəaliyyətindən, həmçinin “Kazinform”la əməkdaşlığının, qarşılıqlı informasiya mübadiləsinin əhəmiyyətindən söhbət açıb, agentliyin yeni layihələri barədə məlumat verib və müxbirin digər suallarını cavablandırıb.

AzVision.az


Teqlər: Aslan-Aslanov  





Xəbər lenti