TRT Bakıya yeni rəhbər göndərdi

TRT Bakıya yeni rəhbər göndərdi
  11 Oktyabr 2017    Oxunub:3170
TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib.
AzVision.az xəbər verir ki, TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan vəzifə müddətinin başa çatması ilə əlaqədar Azərbaycanı tərk etməyə hazırlaşır.

Üç ildən bu yana Azərbaycanda fəaliyyət göstərən Yıldıray Arslan Azərbaycanın problemlərini, iqtisadi durumunu, mədəniyyətini, ədəbiyyatını hazırladığı yüzdən çox xəbər və proqramlarla TRT kanallarından dünyaya çatdırıb. Y. Arslan Qarabağ müharibəsini, cəbhə xəttindəki olayları dünyaya çatdıran ilk türkiyəli jurnalistlərdən biridir. Ulu öndər Heydər Əliyevdən ilk müsahibəni o illərdə məhz Y. Arslan alıb.

TRT Bakı təmsilçiliyinin rəhbəri vəzifəsinə Murat Akkoç təyin edilib. M.Akkoç uzun müddət TRT AVAZ kanalının koordinatoru olaraq fəaliyyət göstərib. Onun Azərbaycan həqiqətlərini TRT AVAZ kanalı vasitəsilə dünyaya çatdırılmasında müstəsna xidmətləri vardır.

AzVision.az


Teqlər: TRT  





Xəbər lenti