İlham Əliyev Soçidə səfərdədir - FOTOLAR (Yenilənib)

İlham Əliyev Soçidə səfərdədir - FOTOLAR (Yenilənib)
  11 Oktyabr 2017    Oxunub:5201
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gedib.
Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşılayıblar.





***
(10:46)

Azərbaycan prezidenti İlham Əliyevin bu gün Soçiyə səfəri gözlənilir.

AzVision.az xəbər verir ki, prezidentin MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəyi planlaşdırılır.

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov “RİA Novosti”yə açıqlamasında bildirib ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəklərini təsdiqləyiblər.

Rusiya prezidentinin, həmçinin MDB ölkə başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi də nəzərdə tutulub.

Xatırladaq ki, bu gün Soçidə MDB ölkələri rəhbərlərinin Şurası və Avrasiya İqtisadi Ali Şurasının görüşü keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti