Sülh Platformasının səfiri forum təşkil edib - Fotolar

Sülh Platformasının səfiri forum təşkil edib - Fotolar
  11 Oktyabr 2017    Oxunub:1822
Ermənistan-Azərbaycan Sülh Platformasının Rusiyadakı gənc sülh səfiri Tehran Hacıyev Volqoqradda keçirilən Etnik dialoq forumu təşkil edib.
Sülh Platformasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, forum 6-7 oktyabr tarixlərində keçirilib.



Forumda bütün millətlərin nümayəndələri, o cümlədən ermənilər və azərbaycanlılar iştirak ediblər. Foruma Sülh Platformasının nümayəndələri, gənc fəallar Hasmik Tsarukyan, Hamlet Qabrielian, Tiqran Vanesyan, Erik Ellaryan, Aygün Həsənova və digərləri qatılıblar. Forumda Sülh Platforması erməni və azərbaycanlı icmaların nümayəndələrinə təqdim olunub.



Forumda iştirak edənlərin əksəriyyəti bu təşəbbüsə dəstək verib və maraqlarını ifadə edib. Forum çərçivəsində həmçinin “Erməni cəmiyyəti” Koordinasiya Şurasının sədri Qayane Koçaryan ilə əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə tərəflər əməkdaşlıq barədə razılığa gəlib.

AzVision.az


Teqlər: Sülh-Platforması  





Xəbər lenti