"Bakcell"in 3G stansiyalarının sayı minə çatdı

"Bakcell"in 3G stansiyalarının sayı minə çatdı
  11 Oktyabr 2017    Oxunub:1275
Bu il 200 yeni 3G şəbəkə stansiyası quraşdırılıb.
AzVision.az xəbər verir ki, bunu mətbuat konfransında Bakcell MMC-nin baş icraçı direktoru Nikolia Bekers deyib.

O bildirib ki, bu sahədə əsas istiqamət bölgələrə yönədilib: "3G şəbəkəsinin əsasən bölgələr və ucqar kəndlərdə genişlənməsi üzərində iş aparılır".

İcraçı direktor qeyd edib ki, ümumilikdə ölkə ərazisində 3G stansiyaların sayı 1000 çatıb.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda "Bakcell" Azərbaycanda ən geniş 4G internet şəbəkəsi olan mobil operatordur.

N.Bekers regionlarda yaşayan "Bakcell" abunəçilərinin internetin sürətinin zəif olması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

"Bəzi ərazilərdə əhatə dairəmizdən kənarda idi. Hazırda həmin yerlərdə 3G stansiyalarının quraşdırılmasına çalışırıq. Əgər bir stansiya quraşdırılırsa, bu, o deməkdir ki, artıq 30 km-lik əhatə dairəsində şəbəkənin keyfiyyəti yaxşılaşır. Digər tərəfdən, onu da bildirməliyəm ki, şəbəkəni mikrodalğalar və fiberoptik kanallarla tənzimləyirik. Mikrodalğalara isə hava şəraiti təsir edir. Ölkədə tez-tez hava küləkli olur və bu dalğalarım qırılmasına səbəb olur".

AzVision.az


Teqlər: Bakcell  





Xəbər lenti