Axtarışda olan 20 nəfər həbs edilib

  11 Oktyabr 2017    Oxunub : 414
Axtarışda olan 20 nəfər həbs edilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub.

AzVision.az

Teqlər: DİN   Polis   Cinayət   Həbs