Bakcell ən yaxşı mobil şəbəkə kimi tanınıb

Bakcell ən yaxşı mobil şəbəkə kimi tanınıb
  12 Oktyabr 2017    Oxunub:1782
Bakcell sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı mobil şəbəkə kimi tanınıb.
Bu barədə AzVision.az-a şirkətdən məlumat verilib.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti şəbəkənin ümumi iş keyfiyyəti üzrə ən yaxşı nəticələr nümayiş etdirməkdə davam edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. “P3 Communications” şirkətinin tətbiq etdiyi test metodologiyası xidmətlərin geniş spektri üzrə müştəri təcrübəsinin ölçülməsinə əsaslanır.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri həm səs, həm də mobil internet xidmətləri üzrə 2017-ci ilin avqust ayı ərzində bütün ölkə ərazisində, o cümlədən, şəhərlərdə, qəsəbələrdə və əsas yollarda keçirilib. 100% səyyar test formasında təşkil olunan bu testlərin 55%-i Bakı, Gəncə, Şəki, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və s. şəhərlərdə, qalan hissəsi isə Xırdalan, Qəbələ, Xaçmaz, Lənkəran və s. bu kimi daha kiçik şəhərlər və bu şəhərlərlə qəsəbələr arasında olan yollarda keçirilib.

Testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

“Mobil rabitə şəbəkələrinin müqayisəli testləri sahəsində beynəlxalq lider tərəfindən Bakcell şəbəkəsinin sınaq nəticələrinə görə ən yaxşı mobil şəbəkə (“the best in test”) elan edilməsi bizi çox sevindirir. Bakcell öz müştəriləri üçün ən qabaqcıl mobil istifadəçi təcrübəsini təmin etmək məqsədilə öz şəbəkəsinə investisiya yatırmağa davam etdirir. Bizim 3G və 4G şəbəkələrimiz daim təkmilləşdirilir və regionları da əhatə etmək üçün genişləndirilir. Şəbəkənin təkmilləşdirilməsi üçün biz yeni texnologiyalardan istifadə edirik ki, bu da, öz növbəsində, Bakcell şəbəkəsinin üstünlüyünü təmin etmiş olur. Artıq 2-ci ildir ki, Bakcell şəbəkəsi müqayisəli testlər aparan müstəqil beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı şəbəkə kimi tanınır və mən inanıram ki, Bakcell abunəçilərinə ən qabaqcıl mobil istifadəçi təcrübəsini təklif etməklə, biz bu nailiyyətimizi qarşıdan gələn illərdə də qoruyub saxlayacağıq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

6500-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


P3 haqqında

P3 şirkəti müasir dövrün kompleks texnologiya çağırışlarına cavab verən innovativ həllərin yaradılması və həyata keçirilməsi sahəsində çalışan 3,000 nəfərdən artıq məsləhətçi və mühəndis kadrları öz sıralarında birləşdirən konsaltinq, mühəndislik və test xidmətləri üzrə aparıcı beynəlxalq təşkilatdır. P3 şirkətinin 2015-ci il üçün dövriyyə həcmi 300 milyon Avro təşkil etmişdir. Avtomobil, aviakosmos, telekommunikasiya və energetika sənaye sahələri üçün xidmətlərin və patentləşdirilmiş vasitələrin geniş nomenklaturasını təklif edən P3 şirkəti maddi aktivlərin dəyərinin artırılmasını təmin edərək, müştərilərin yeni həllərin yaradılmasından başlamış həyata keçirilməsinə qədər olan hər bir mərhələdə uğur qazanmasına kömək edir. Telekommunikasiya sahəsinə aid olaraq, “P3 Communications” şirkəti müstəqil texniki və menecment konsaltinq xidmətləri göstərir, məsələn, şəbəkə planlaşdırılması, hərtərəfli optimallaşdırma, təhlükəsizlik, xidmət keyfiyyətinin (QoS) və xidmətlərin faktiki keyfiyyətinin (QoE) sınaqları, beynəlxalq bençmarkinq, cihazların sınaqdan keçirilməsi və qəbul xidmətləri. “P3 Communications” şirkətinin müştəriləri sırasına dünya üzrə fəaliyyət göstərən şəbəkə operatorları, avadanlıq təchizatçıları, cihaz istehsalçıları, ictimai təhlükəsizlik təşkilatları və tənzimləyici orqanlar daxildir. Daha ətraflı məlumat almaq üçün bu səhifəni ziyarət etməyiniz xahiş olunur: https://azvision.az/redirect.php?url=http://www.p3-group.com

AzVision.az


Teqlər: Bakcell  





Xəbər lenti