Çingiz Qənizadə Hacı Qalibi bağışladı

Çingiz Qənizadə Hacı Qalibi bağışladı
  12 Oktyabr 2017    Oxunub:2308
Millət vəkili Çingiz Qənizadə sabiq deputat Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.
Millət vəkili Çingiz Qənizadə AzVision.az-a açıqlamasında bildirib ki, məhkəməyə müraciət etdikdən sonra qarşı tərəf mətbuatda onun barəsində işlətdiyi sözlərdən imtina edib və buna görə də Sabunçu Rayon Məhkəməsindən şikayətini geri götürmək barədə qərar verib.

Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət etmişdi.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Çingiz-Qənizadə  





Xəbər lenti