ABŞ-da meşə yanğınlarında 23 nəfər ölüb - Yenilənib

  12 Oktyabr 2017    Oxunub : 649
ABŞ-da meşə yanğınlarında 23 nəfər ölüb - Yenilənib

ABŞ-ın Kaliforniya ştatının şimalında tüğyan edən meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, alovun yayılmasına küləyin aşırdığı elektrik xətlərinin səbəb olduğunu deyilir.

Qubernator Cerri Braun ABŞ Prezidenti Donald Trampdan ştatın şimalının böyük təbii fəlakət zonası elan olunmasını xahiş edib.

***

ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları başlayıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınlar nəticəsində 13 nəfər ölüb, 100-dən çox insan isə xəstəxanalara yerləşdirilib.

Eyni zamanda 550 nəfərin taleyi barədə hələ də heç bir məlumat yoxdur. Alov 3500-dən çox binanı, o cümlədən Napa dərəsindəki 13 şərab təsərrüfatını məhv edib. Güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir.

AzVision.az

Teqlər: Kaliforniya