Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə edilib
  12 Oktyabr 2017    Oxunub:1861
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev Azərbaycanda işçi səfərdə olan ABŞ Müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuperlə görüşüb.
AzVision.az nazirliyin saytına istinadən xəbər veri ki, görüş zamanı qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: ABŞ   hərbi  





Xəbər lenti