XİN: AŞPA-dakı anti-Azərbaycan qrupları çirkin niyyətlərinə nail ola bilməyəcəklər

XİN: AŞPA-dakı anti-Azərbaycan qrupları çirkin niyyətlərinə nail ola bilməyəcəklər
  13 Oktyabr 2017    Oxunub:2072
"Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq anti-Azərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" hesabında bildirib

"Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcəkdir" - XİN rəsmisi qeyd edib.

AzVision.az


Teqlər: XİN   AŞPA  





Xəbər lenti