Bolqarıstan prezidenti Bakıdan getdi

Bolqarıstan prezidenti Bakıdan getdi
  14 Oktyabr 2017    Oxunub:1854
Bolqarıstan Respublikasının prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 14-də başa çatıb.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülub.

Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az


Teqlər: Bolqarıstan   Rumen-Radevi  





Xəbər lenti