Ramiz Abutalıbov “Azərbaycan Evi”ni təbrik etdi

  16 Oktyabr 2017    Oxunub : 627
Ramiz Abutalıbov “Azərbaycan Evi”ni təbrik etdi

Paris “Azərbaycan Evi” nin yaradıcısı Ramiz Abutalıbov assosiyasiyanın 25 illik yubileyi münasibətilə təbrik edib.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir: “ Əziz həmvətənlər, əziz dostlar, əziz yubiley iştirakçıları! Sizi Parisdə “Azərbaycan Evi”nin yaranmasının 25 illik yubileyi münasibərilə səmimi qəlbdən təbrik edirəm! Bütün yubiley iştirakçılarına möhkəm can sağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram, uğurlar diləyirəm.

“Azərbaycan Evi” cəmiyyəti 1989-cu ildə Fransanın Paris şəhərində yaradılmış və 1992 - ci ildə qeydiyyatdan keçmişdir. Əsas məqsədimiz o vaxt Azərbaycanı Parisdə, Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməklə məşğul olmaqdan ibarət olmuşdur. Müəyyən fasilədən sonra “Azərbaycan Evi” cəmiyyəti fəaliyyətinin bərpa edilməsini alqışlayıram və buna ürəkdən sevinirəm. “Azərbaycan Evi” eyni zamanda burada yaşayan həmvətənlərimizi bir araya gətirmək, onları bir cəmiyyət ətrafında birləşdirmək onlara yardım göstərmək və onun haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmaqdır.

Əminəm ki, “Azərbaycan Evi” öz fəaliyyətini məqsədyönlü çəkildə quracaq. Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktların Avropa ictimaiyyətinə, burada fəaliyyət göstərən müxtəlif təşkilatlara obyektiv şəkildə çatdırılması təşkilatın ən prioritetləri sırasında dayanacaqdır.
Dağlıq Qarabağ məsələsi də daim diqqətdə olacaq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya ictimaiətinə çatdırılmasında əlinizdən gələni əsirgəməyəcəksiniz.

Bu əlamətdar hadisə ilə bağlı Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Bu xeyirxah əməlinizdə və təşəbbüsünüzdə Ulu Tanrı Sizə yar olsun!.”

AzVision.az

Teqlər: Paris-Azərbaycan-Evi