“Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz” – General

“Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz” – General
  17 Oktyabr 2017    Oxunub:2702
“100 milyon dollar silahlanma üçün çox az məbləğdir. Buna cəmi bir neçə texnika almaq olar. Məqsəd budur ki, Ermənistan Rusiyadan aldığı kreditlə bir-ik texnika alıb, "yeni silahımız var" deyə görüntü yaratmağa çalışacaq”.
Bunu AzVision.az-a hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Rusiyanın Ermənistana 100 milyon dollarlıq hərbi kredit ayırmasına münasibət bildirərkən deyib.

“Biz texnikanın və silahların alınmasına yüz milyonlarla dollar xərcləyirik. Bundan əlavə texnikaların və müasir silahların Azərbaycanda istehsalına da böyük vəsait ayrılır. O baxımdan 100 milyon dollar cüzi vəsaitdir. Onlara 100 milyon bir dəfə ayrılır, amma Azərbaycan ordunun təkmilləşməsinə hər ay bir neçə yüz milyon dollar vəsait sərf edir. Həmçinin müasir texnikaların ölkəmizə gətirilməsi də bura daxildir”.

General qeyd edib ki, Emənistan ordusu heç vaxt özünü Azərbaycan ordusu ilə müqayisə edə bilməz.

“Onlar Azərbaycan ordusunun aldığı müasir silah və texnikanın heç 10 faizini də ala bilməzlər. Bu baxımdan 100 milyon dollar vəsait heç bir əhəmiyyət kəsb etmir”-deyə Y.Aydəmirov vurğulayıb.

Qeyd edək ki, Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Aydəmirov   General  





Xəbər lenti