Metro gücləndirilmiş iş rejiminə keçəcək - "Qarabağ"ın oyununa görə

Metro gücləndirilmiş iş rejiminə keçəcək - "Qarabağ"ın oyununa görə
  16 Oktyabr 2017    Oxunub:3461
"Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq.
Bunu AzVision.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, gücləndirilmiş iş rejimi bütün stansiyalarda tətbiq olunacaq.

O qeyd edib ki, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək və ehtiyat qatarlar cəlb olunacaq. N.Paşayev əlavə edib ki, oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq.

AzVision.az


Teqlər: Metro   Qarabağ  





Xəbər lenti