Nazirlikdə yeni şöbə müdiri təyinatı - Novruzov kimdir?

Nazirlikdə yeni şöbə müdiri təyinatı - Novruzov kimdir?
  16 Oktyabr 2017    Oxunub:11008
Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

AzVision.az xəbər verir ki, əmrə əsasən Novruzov Namiq Samur oğlu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Namiq Novruzov 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Timwater high school” da davam etdirib.

1995-96-cı illərdə ABŞ-ın “Centralia Community Colleg” nin siyasi elmlər fakultəsində təhsil alıb.

1997-98-ci illərdə London şəhərində hazırlıq kursunda təhsil almış, 1999-cu ildə İngiltərənin Loverpool John Murs universitetinə qəbul olunmuş, daha sonra isə təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində davam etdirib.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakultəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirib.

2007-2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının menecment fakultəsində təhsil alıb.

2000-ci ildə “BM” hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlamış və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib.

2007-2010- cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.

2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nazirlik  





Xəbər lenti