Daha bir publik hüquqi şəxs yaradıldı

Daha bir publik hüquqi şəxs yaradıldı
  17 Oktyabr 2017    Oxunub:2122
Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov Darıdağ Arsenli Su Müalicəxanasının yenidən təşkili haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Darıdağ Arsenli Su Müalicəxanası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Darıdağ Arsenli Su Müalicəxanasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
təklifləri nəzərə alınmaqla Darıdağ Arsenli Su Müalicə-
xanasının istifadəsində olan əmlak və avadanlıqların publik hüquqi
şəxsin balansına veriləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti