Naxçıvanda yenə heç kimin kommunal borcu yoxdur

Naxçıvanda yenə heç kimin kommunal borcu yoxdur
  17 Oktyabr 2017    Oxunub:2282
Naxçıvan Muxtar Respublikası üzrə 2017-cı ilin sentyabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100 % və daha artıq nəticə ilə yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin sentyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb. Məlumata əsasən, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerjisi ödənişi 100 % nəticə ilə yerinə yetirilib. Belə ki, abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti