Rusiyalı ekspert Cenevrə görüşünü şərh etdi: “Nəsə demək çox çətindir”

  17 Oktyabr 2017    Oxunub : 1208
Rusiyalı ekspert Cenevrə görüşünü şərh etdi: “Nəsə demək çox çətindir”

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü alqışa layiqdir"

AzVision.az xəbər verir ki, bu barədə Yaxın Şərq və Qafqaz ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov Azərbaycan və Ermənistan prezidentlərinin ötən gün Cenevrədə keçirilən görüşünü erməni KİV-lərinə şərh edərkən bildirib.

"Tərəflər hərbi qarşıdurma riskini azaldan danışıqlar formatını qoruyub saxlamalıdırlar. Görüş barədə bu qədər deyə bilərəm, çünki məlumat çox azdır. Belə görüşlər zamanı bir qayda olaraq gündəlik məlum olur və ya məlumat sızıntısına yol verilir ki, ekspertlər bunun əsasında təhlillər apara bilsinlər.

Bu dəfə görüş baş tutanadək bir-birinə zidd məlumatlar yayıldı. Xüsusilə Azərbaycan Ermənistanın hansısa şərtləri qəbul edəcəyi deyilirdi, lakin şərtlər açıqlanmırdı. Ermənistan Vyana, Sankt-Peterburq razılaşmasının həyata keçirilməli olduğunu vurğulayırdı. Həmsədrlər isə hansısa xırdalıqları müzakirə edilən sənəd haqqında danışırdılar. Bir-birinə zidd olan bəyanatlar fonunda məsələni şərh vermək çətindir" - deyə Stanislav Tarasov bildirib.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: Azərbaycan   Ermənistan   Qarabağ   Cenevrə