83 yaşlı qadın evdə ölü tapıldı

83 yaşlı qadın evdə ölü tapıldı
  17 Oktyabr 2017    Oxunub:1017
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar.

Orada aşkarlanan 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İsgəndər qızının cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti