“Azərbaycanla münasibətlər daha da möhkəmlənəcək” - Rusiyalı deputat

  17 Oktyabr 2017    Oxunub : 669
“Azərbaycanla münasibətlər daha da möhkəmlənəcək” - Rusiyalı deputat

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

AzVision.az-ın məlumatına görə, Dmitri Savelyevin məktubunda deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin, Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını ürəkdən təbrik edim. Bu bayram azadlıqsevər Azərbaycan xalqının mərdliyinin təcəssümüdür. Həmçinin bu bayram təməli zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyev tərəfindən qoyulan və Sizin müdrik rəhbərliyinizlə davam etdirilən inkişaf yolunun düzgün olduğunu təsdiq edir.

Müstəqillik illərində Azərbaycan dünya arenasında sosial ədalət və insanlara qayğı prinsiplərinə əsaslanan yol ilə ardıcıl irəliləyən ölkə kimi sarsılmaz nüfuz qazanıb. Sizin şəksiz diplomatik istedadınız sayəsində Azərbaycan çoxşaxəli xarici siyasət strategiyasını parlaq şəkildə həyata keçirir. Qəti əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeləri naminə Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək. Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm".

AzVision.az

Teqlər: Rusiya   Azərbaycan