103 cinayətdən 16-sı “isti izlər”lə açılıb

103 cinayətdən 16-sı “isti izlər”lə açılıb
  18 Oktyabr 2017    Oxunub:1424
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti