"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib

"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib
  18 Oktyabr 2017    Oxunub:1936
Magistral avtomobil yolunda rənglənmə işləri aparılacaq.
"Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Belə ki, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq. Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

AzVision.az


Teqlər: "Azəravtoyol”   Yol   Rənglənmə  





Xəbər lenti