Aİ Azərbaycanla birgə insan alverinə qarşı mübaribə aparır

Aİ Azərbaycanla birgə insan alverinə qarşı mübaribə aparır
  18 Oktyabr 2017    Oxunub:3202
“İnsan alveri Avropa İttifaqının dəyərlərinə ziddir. Biz buna qarşı mübarizə aparırıq”
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Aİ rəsmisi bildirib ki, bu sahədə olan gəlirlər silah və narkotik ticarətindən sonra üçüncü yerdədir.

“İnsan alveri ilə bağlı cinayətlərin kökünün kəsilməsinə dair Avropa İttifaqının strategiyası var. Hazırda miqrantların bu cinayətin qurbanı olmaq potensialı daha yüksəkdir. Müxtəlif strategiyaların həyata keçirilməsinə baxmayaraq, Avropa İttifaqı ölkələrində və Azərbaycanda cinayətin qurbanları olan qadın və uşaqların sayı artır”.

Aİ rəsmisi vurğulayıb ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində üzərinə öhdəliklər götürüb və onların reallaşdırılması üçün tədbirlər həyata keçirir.

“Avropa İttifaqı Azərbaycanda insan alveri ilə mübarizənin artırılması üçün layihəyə başlayıb. Bu istiqamət üzrə BMT və DİN İnsan Alveri üzrə baş idarə ilə əməkdaşlıq edirik”.

DİN-nin İnsan Alveri ilə mübarizə üzrə baş idarəsinin rəisi, polis polkovniki Heydər Heydərov isə bildirib ki, Azərbaycanda 12 ilə yaxındır insan alverinə qarşı mübarizə aparılır.

"Azərbaycan prezidentinin 2014-cü ildə sərəncamı ilə üçüncü milli strategiya qəbul olunub və bu strategiya beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan  





Xəbər lenti