"Sınıq Körpü"də növbəti fişəng əməliyyatı

"Sınıq Körpü"də növbəti fişəng əməliyyatı
  18 Oktyabr 2017    Oxunub:1674
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az-a verilən məlumata görə, yoxlama nəticəsində, avtomobilin sağ və sol qapılarının altında və arxa oturacağın arxasında xüsusi düzəldilmiş gizli saxlanc yerlərində "Magical Shote" adlı 1130 ədəd fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti